Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral.
Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır. Həmçinin qələvi intruziv süxurlarda və karbonatitlərdə rast gəlinir. Abraziv materialdır. Saf növləri bəzək daşı kimi işlədilir. İsveçdə, ABŞ-da, RF-də (Ural), Orta Asiyada, Azərbaycan Respublikasında (Daşkəsən) və s. yerlərdə yataqları var.
İstinadlar
Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Dəmirin (III) mineralları Kateqoriya:Titanın mineralları Kateqoriya:Kubik sinqoniya mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar