Avstriya (), rəsmi adı Avstriya Respublikası () – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir.
Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir.
Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir.
Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir.
Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə. Qərbdə Lixtenşteyn və İsveçrə, cənubda İtaliya və Sloveniya, şərqdə Macarıstan və Slovakiya, şimalda Almaniya və Çexiya ilə həmsərhəddir. Avstriyanın ərazisi 83.883 km² və təxminən 9 milyon əhalisi var. Avstriya alman dili ölkənin rəsmi dili olsa da, bir çox avstriyalı qeyri-rəsmi olaraq müxtəlif Bavariya ləhcələrində danışır.
Avstriya əvvəlcə 976-cı ildə Avstriya Markoqrafı kimi səhnəyə çıxdı və daha sonra hersoqluq və arxduchy oldu. 16-cı əsrdə Avstriya Habsburq monarxiyasının mərkəzi olan və tarixin ən nüfuzlu kral sülalələrindən biri olan Habsburq Monarxiyasının kiçik bir qolu tərəfindən idarə olunan bir dövlət kimi xidmət etməyə başladı. Arxiduxiya kimi Müqəddəs Roma imperiyasının mühüm hissəsi və inzibati mərkəzi idi. Böyük dövlətlərdən biri olan və 19-cu əsrin əvvəllərində Alman Konfederasiyasını idarə edən Avstriya öz imperiyasını qurdu, lakin 1866-cı ildə Avstriya-Prussiya müharibəsində məğlub olduqdan sonra digər Alman dövlətlərindən ayrılaraq öz yolu ilə getdi. 1867-ci ildə Macarıstanla razılaşma əsasında Avstriya-Macarıstan İkili Monarxiyası quruldu.
Avstriya-Macarıstan taxtının mümkün varisi olan Archduke Franz Ferdinandın öldürülməsindən sonra Avstriya bu hadisədən sonra imperator Frans Joseph dövründə başlayan Birinci Dünya müharibəsində iştirak etdi. Monarxiyanın məğlubiyyətindən və dağılmasından sonra Almaniyaya birləşmək niyyəti ilə Almaniya-Avstriya Respublikası elan edildi, lakin yeni yaranan dövlət müttəfiqlər tərəfindən dəstəklənmir və tanınmamış qalır. 1919-cu ildə Birinci Avstriya Respublikası Avstriyanın hüquqi varisi oldu. 1938-ci ildə Avstriya əsilli Almaniya Reyxinin kansleri Adolf Hitler Avstriyanın ilhaqını təmin etdi. 1945-ci ildə faşist Almaniyasının məğlubiyyətindən və uzun müddət Müttəfiqlərin işğalından sonra Avstriya İkinci Respublika kimi tanınan suveren və özünü idarə edən demokratik bir dövlət kimi yenidən quruldu.
Avstriya birbaşa seçilmiş Federal Prezident tərəfindən dövlət başçısı və federal hökumətin başçısı olan kansler tərəfindən idarə olunan parlament təmsilçi demokratiyasıdır. Avstriyanın böyük şəhərlərinə Vyana, Qraz, Linz, Salzburq və İnsbruk daxildir. Avstriya adambaşına düşən ÜDM-ə görə ardıcıl olaraq dünyanın 20 ən zəngin ölkəsi arasında yer alır. Ölkə yüksək həyat səviyyəsinə malikdir və 2018-ci ildə İnsan İnkişafı İndeksinə görə dünyada 20-ci yerdədir. Vyana həyat keyfiyyəti göstəricilərinə görə ardıcıl olaraq beynəlxalq səviyyədə birinci yerdədir.
İkinci Respublika 1955-ci ildə xarici siyasi məsələlərdə daimi bitərəfliyini elan etdi. Avstriya 1955-ci ildən Birləşmiş Millətlər Təşkilatının və Avropa Birliyinin üzvüdür. O, ATƏT və OPEK-ə ev sahibliyi edir, OECD və İnterpolun təsisçi üzvüdür. Avstriya da 1995-ci ildə Şengen sazişini imzalayan və 1999-cu ildə avro valyutasından istifadə etməyə başlayan ölkələrdən biri oldu.
Əhalisi Rəsmi siyahıyaalmalara əsasən Avstriya əhalisi:Bundesanstalt Statistik Österreich: Population since 1869 by Länder il s.a. əsasən nəfər1869 4,497,8801880 4,963,5281890 5,417,3601900 6,003,8451910 6,648,3101923 6,534,7421934 6,755,3181939 6,652,5671951 6,933,9051961 7,073,8071971 7,491,5261981 7,555,3431991 7,795,7862001 8,032,9262006 8,281,295
Vətəndaşlıq 15 may 2001-ci il rəsmi əhali siyahıyaalınmasının yekunlarına əsasən: Avstriyanın ümumi əhalisi: 8,032,926 nəfər olmuşdur Avstriya vətəndaşlarının sayı: 7,322,000 nəfər olmuşdur Avstriyada doğulanların sayı: 6,913,512 nəfər Xaricdə doğulanların sayı: 408,488 nəfər Xarici ölkələrin vətəndaşlarının sayı: 710,926 nəfər olmuşdur Avstriyada doğulanların sayı: 116,015 nəfər Xaricdə doğulanların sayı: 594,911> nəfər 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Avstriya əhalisi 8,443,018 nəfərdirBundesanstalt Statistik Österreich: Population since 2001 by nationality and country of birth
Onlardan 7,472,477 nəfəri Avstriya vətəndaşları, 970,541 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır. Bütün Avstriya əhalisinin təxminən 11,5%-ini təşkil edən xarici vətəndaşlardan 390,464 nəfəri (onlardan 212,297 nəfəri AB-nə 2004-cü ildən əvvəl daxil olan 14 ölkənin vətəndaşları, 116,755 nəfəri 2004-cü ildə AB-nə daxil olmuş 10 ölkənin vətəndaşları, 61,412 nəfəri isə 2007-ci ildə AB-nə daxil olmuş Bolqarıstan və Rumıniyanın vətəndaşları olmaqla) Avropa Birliyi ölkələrinin vətəndaşları (2004-cü ilədək Avstriya daxil olmaqla Avropa Birliyinə 15 ölkə daxil idi), 296,377 nəfəri keçmiş Yuqoslaviya ölkələrinin vətəndaşları (Sloveniya vətəndaşları istisna olmaqla, beləki Sloveniya 2004-cü ildə AB-nə daxil olmuşdur), 114,011 nəfəri Türkiyə vətəndaşları, 69,060 nəfəri Asiya qitəsində yerləşən ölkələrin vətəndaşları, 100,629 nəfəri isə dünyanın digər müxtəlif ölkələrindən olan vətəndaşlardır. 1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən 8,443,018 nəfər olan Avstriya əhalisinin 7,094,012 nəfərini Avstriyada doğulanlar, 1,349,006 nəfərini isə digər ölkələrdə doğulanlar təşkil edir. Avstriya vətəndaşı olan 7,472,477 nəfər əhalinin 6,949,643 nəfəri Avstriyada doğulmuş, 522,834 nəfəri isə xarici ölkələrdə doğulmuşdur. Avstriya vətəndaşı olmayan 970,541 nəfər əhalinin 144,369 nəfəri Avstriyada doğulmuş, 826,172 nəfəri isə xarici ölkələrdə doğulmuşdur.
Yaş və cins 2011-ci ilə olan rəsmi təxminə əsasən Avstriya əhalisi 8,420,900 nəfər (4,105,493 nəfəri kişilər, 4,315,407 nəfəri qadınlar) olmuşdur.Bundesanstalt Statistik Österreich: Population since 1869 by sex and age groups Bundesanstalt Statistik Österreich: Bevölkerung Onlardan 0–14 yaş qrupunda olanlar 1,229,408 nəfər, 15–64 yaş qrupunda olanlar 5,705,051 nəfər, 65 yaş və yuxarı yaşda olanların sayı isə 1,486,441 nəfər olmuşdur. Əhalinin 68%-i şəhərlərdə yaşayır. 2001-ci il siyahıyaalınmasına əsasən ölkə əhalisinin 1 km²-ə düşən orta sıxlığı təxminən 95,8 nəfərdir. Alp dağlarının geniş bölgələrində əhali çox azsayda yerləşmişdir. 2011-ci ilə olan məlumatlara əsasən əhalinin illik təbii artımı hər min nəfərə orta hesabla 3 nəfərdir.
Əhalinin orta ömrü hər iki cinsdən toplam əhali üçün 79,91 ildir.
Dil
Avstriya Konstitusiyasına görə alman dili Avstriya Respublikasının dövlət dilidir. 2001-ci il siyahıyaalınmasına əsasən alman dili Avstriya Respublikası vətəndaşlarının 95,48%-inin ana dilidir. Söz tərkibi və tələffüzünə, eləcə də qrammatik quruluşuna görə, Avstriya almancası Almaniyada Bavariya vilayətində və İsveçrədə istifadə edilən almanca ilə oxşardır. 1951-ci ildə Avstriya Federal Təhsil Nazirliyinin təşəbbüsü ilə buraxılan Avstriya Lüğətində Avstriya almancasının əsas söz ehtiyatı öz əksini tapıb.
Milli tərkib Milli azlıqlar: ölkədə yaşayan etnik qruplardan 6-sı — Burqenland xorvatları, slovenlər, çexlər, slovaklar, macarlar və qaraçılar avtoxton etnik qruplar olaraq rəsmən tanınmış milli azlıqlardır.Council of Europe: Cultural Policy and Action Department Directorate General IV — Education, Culture and Heritage, Youth and Sport: National Report Austria ---Prepared by: Österreichische Kulturdokumentation. Internationales Archiv für Kulturanalysen, Vienna. Andrea Ellmeier (author), Veronika Ratzenböck (director)/in co-operation with Gerhard Baumgartner Bernhard Perchinig (authors)/February 2000/The views expressed in this paper do not represent official positions of the Government of Austria
Burqenland vilayətində alman dili ilə yanaşı xorvat və macar dilləri, Karintiya vilayətində isə alman dili ilə yanaşı sloven dili də rəsmi statusa malikdir, belə ki xorvat və macar dillərinin Burqenland vilayətində, sloven dilinin isə Karitinya vilayətində məktəblərdə tədris olunma və dövlət idarələrində sənədləşmədə istifadə olunma hüququ vardır. + Avstriya əhalisinin ana dili əsasında milli tərkibi, 2001 s.a.Statistik Austria Ana dili Toplam Vətəndaşlar Əcnəbilərtoplam8 032 9267 322 000710 926almanca7 115 7806 991 388124 392türkcə183 44560 028123 417serbcə177 32041 944135 376xorvatca131 30725 820105 487ingiliscə58 58233 42725 155macarca40 58325 88414 699boşnakca34 8573 30631 551polyakca30 59812 69917 899albanca28 2123 76624 446slovencə24 85517 9536 902burqenland xorvatcası19 41219 37438çexcə17 74211 0356 707ərəbcə17 5929 6107 982rumınca16 8854 66912 216italyanca10 7425 0655 677farsca10 6654 7495 916slovakca10 2343 3436 891fransızca10 1904 9775 213ispanca9 9765 7124 264çincə9 9605 0224 938rusca, ukrayınca, belorusca8 4462 9805 466qaraçıca6 2734 3481 925filippincə5 5823 8611 721bolqarca5 3881 8853 503makedonca5 1451 1274 018flamandca3 8021 4132 389hindcə3 5821 6311 951potuqalca3 1971 3231 874yunanca3 0981 6431 455isveçcə2 6838721 811vyetnamca2 3101 630680kürdcə2 1331 139994tayca1 5935181 075yaponca1 8064051 401korecə1 264316948yəhudicə1 189596593fincə987346641danca735296439norveçcə569237332 indonezcə451174277digər asiya dilləri9 0183 6745 344digər avropa dilləri2 8841 3861 498digər afrika dilləri1 8164101 406digər dillər, bildirməyənlər381919
Təhsil
Ali təhsil
Avstriyada fəaliyyət göstərən 23 cəmiyyət və 11 özəl ali məktəblərdə təhsil almaq üçün bütün şərait yaradılıb. Bu ali təhsil ocaqları çox geniş spektrda təhsil almaq imkanı verir. Qeyd edək ki, 2001-ci ildə Avstriyada ali məktəblərdə ləğv olunan pulsuz təhsil 2009-cu ildən Avropa İttifaqı və bir sıra digər ölkələrin vətəndaşları üçün (Azərbaycan da daxil olmaqla) yenidən bərpa olundu.
Avstriyanın paytaxtı Vyanada 13 universitet fəaliyyət göstərir.
Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.
Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi elmlər universitetləri fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri tərəfindən on altı nəfər ekspertdən təşkil olunmuş müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər universitetlərinin təhsil proqramları digər ali məktəblərin təhsil proqramlarından fərqlənir. Bu universitetlərin təhsil proqramlarında peşə təhsili ali təhsil səviyyəsində öyrənilir və əmək bazarının tələbləri daha çox nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və doktor dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil müəssisələrində dərs ili 8–12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.