Aramızda qalsın — bədii serialıMəhəbbətoğlu, Q. “Aramızda qalsın” yaddaşlarda da qalacaq: [Eyni adlı televiziya serialı haqqında] //Zaman.- 2011.- 12-14 fevral.- S. 4. rejissorlar Rüfət Şahbazov və Ramin Nəbiyev tərəfindən 2011-2013-cü illərdə ekranlaşdırılmışdır. Xəzər Televiziyasında istehsal edilmişdir. Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Əsas rolları Kamilə Babayeva, Qurban Məsimov, Azər Axşam, Səidə Quliyeva, Əzizağa Əzizov, Cəmilə Məlikova və Nadir Səfərov ifa edirlər.

Məzmun Hər bir ailədə, ailə üzvlərinin arasında anlaşılmazlıq olur. Serial bu anlaşılmazlıqların danışılaraq, mədəni formada həll edilməsi, narazılıqların aradan qaldırılması və bu narazılıqların ailə üzvlərinin arasında qalmasını bir ailə serialında tamaşaçıya təqdim edir.

Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman (Qurban Məsimov) və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Baş obraz olan Mehman nisbətən keçmiş adət-ənənələri mühafizə edən, rejimsiz yeyib içən, futbolu çox sevən bir obrazdır. Onun həyat yoldaşı Yeganə (Kamilə Babayeva) isə əksinə müasirliyin tərəfindədir və dieta saxlamağı xoşlayır. Bu üzdən də bu obrazlar arasında tez-tez mübahisələr düşür. Bəzən bu mübahisələr onların boşanmağına qədər də gətirib çıxara bilir. Lakin onlar danışaraq bu məsələləri həll edirlər. Bu cütlüyün müsbət cəhətlərindən biri də onların arasında baş verən münaqişələrdən övladlarının və çox zaman da heç kimin xəbər tutmamasıdır. Serialda Yeganə və Mehmanın orta məktəbdə oxuyan 10 yaşlı Firuz( Nadir Səfərov) adlı oğlu və 13 yaşlı Aysel (Cəmilə Məlikova) adlı qızı da hər zaman diqqət mərkəzindədir. Firuz çox ərköyün böyümüş, yaşına görə böyük düşünən, özünü atasına oxşadan, dərslərini yaxşı oxumayan və daima bacısı ilə yola getməyən bir obrazdır. Onun bacısı Aysel isə çox kövrək, tez inciyən, yaxşı oxuyan anası kimi müasirliyin tərəfdarı olan bir obrazdır.

Filmdə daimi olaraq altı məkandan istifadə olunur. Hadisələrin çoxu Mehman və Yeganənin yaşadığı evin qonaq otağında baş verir. Evdə eyni zamanda yataq otağı və uşaqların otağı da vardır. Uşaqların otağında uşaqların, yataq otağında isə Yeganə və Mehmanın gecə söhbətləri yer alır. Evdə olan sonuncu məkan isə mətbəxdir. Mətbəxdə bəzən səhər yeməkləri, bəzən qadınların söhbətləri və əsas da Mehman və Yeganənin hər kəsdən gizli söhbətləri olur.

Film haqqında Plagiat iddiası

Türkiyəli prodüser, Birol Güvən iddia edib ki, serial onun "Uşaqlar eşitməsin" () serialının plagiatıdır. Xəzər TV kanalı isə bunu inkar edib.“Xəzər” TV “Aramızda qalsın” serialı ilə bağlı açıqlama yayıb“Xəzər” televiziyası rəsmi açıqlama yayıb

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Valeh Əhmədov Rejissor: Rüfət Şahbazov (1-46-cı seriyalar), Ramin Nəbiyev (47-200-cü seriyalar) Operator: Rasim Vəliyev Kran operatoru: Bəxtiyar Abasov Prodüser: Elnarə Qurluşçu rəssam: Elnarə Qədirova, Xuraman Əkbərova Bəstəkar: Vüqar Camalzadə

Rollarda +Aktyor/AktrisaRolAktyor/AktrisaRolKamilə BabayevaYeganəÜlviyyə ƏliyevaMaralQurban MəsimovMehmanŞahanə İsmayılova CeylaOfelya Novruzqızı MətanətRamal HüseynovKənanElman Telmanoğlu FərhadMurad İsayevVüsalVəfa RzayevaƏfsanəRüfət NəzərovSalmanAzər Axşam AslanAysel İbrahimovaSevincSəidə Quliyeva DilbərNaibə AllahverdiyevaMəlahətƏzizağa Əzizov ƏjdərƏjdər HəmidovSabirSəmra HüseynovaQəşəngKönül NağıyevaAyanCəmilə MəlikovaAyselTural AğayevŞahinNadir SəfərovFiruzHüsniyyə Mürvətova — GülnarəGülnarəSəma BayramovaYaqutNatiq FərzəliyevBöyükkişiCamal NağıyevZaurXuraman Əlizadə ŞəfiqəTərlan Nur YaşarCəsarətRəvanə MəmmədrzayevaGüləndam

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2011-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

Azərbaycanın plagiat film və serialları – SİYAHI

Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:2011-ci ilin Azərbaycan teleserialları