() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2.
Botaniki xarakteristikası 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır. Paxlameyvələr təxminən 8 mm uzunluğunda, yarıyumutavari, çox qısa ayaqcıqlarda, yüngül uzunvari və qabarmış ağ tükcüklüdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Quralığa nisbətən davamlıdır (mezokserofit), işıqsevəndir (heliofit), toxumla çoxalır, alp çəmənliklərində və cənub yamaclarının otlaqlarında, taxıl-müxtəlifotlarla qruplaşmalarda rast gəlinir.
Azərbaycanda yayılması Böyük Qafqazın Quba sahəsi (Qrız kəndi ətrafı) və şərq hissəsi (Şamaxı rayonu — Göylər kəndi ətrafı).
Sayı və tendensiyası Antropogen amillər populyasiyanın sayının azalmasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər Antropogen təsir (otarılma, tapdalanma, biçənək), populyasiyasının az olması, otarılma nəticəsində torpaqlarda gedən eroziya.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri hazırlanmışdır. Bitidiyi ərazidə yasaqlıq təşkil etmək, növün yeni areallarını aşkar etmək, toxumlarının toxum bankında saxlanılması, botanika bağlarında introduksiya etmək təklif olunur.
İstinadlar
Həmçinin bax