() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Qısa morfoloji təsviri Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi yumurtavari və ya şar şəkilli, 1,5 sm diametrindədir, ağ və bozumtuldur. Peridi parçalandıqdan sonra üzə çıxan reseptakul müxtəlif formalı, silindrik, aşağısı iyvari, içi boş, 2-6 sm hündürlükdə, 3-5 ədəd qırmızı qanadlı, əsas krem, yuxarısı isə qırmızı rənglidir. Bu qanadlar təpəcikdə birləşirlər.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrfodur, termofil növdür. Quercus castaneifolia və Parrotia persica qarışıq meşələrində rast gəlinir.
Yayılması Talışın aşağı dağ qurşağı meşələrində əmələ gəlinir, Lənkəran şəhəri aşağı düzən müşəsi, Astara meşələrində yayılmışdır.
Sayı və tendensiyası Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər Termofil növ olduğu üçün temperatur rejminə tələbkarlıq məhdudlaşdırıcı amil ola bilər.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax