Aleksandru Yonuts "Aleks" Florea (; 15 sentyabr 1991, Konstansa, Rumıniya) — Rumıniya müğənnisi. O, İlinka ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası Aleks Florea 2013-cü ildə Rumıniyanın The X Factor musiqi yarışmasında, 2014-cü ildə isə The Voice səs yarışmasında iştirak etmişdir.

Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn Aleks Florea İlinka ilə duet şəklində ifa etdiyi "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Uzun məşqlərdən sonra Aleks və İlinka 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar. Müsabiqənin finalında bir daha "Yodel It!" mahnısını ifa edən Aleks və İlinka 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 282 xal toplayaraq, 7-ci yerdə qərarlaşmışdırlar.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Yodel It!"(İlinka ilə duet) 2017 "Nobody Told Me It Would Hurt" 2018

İstinadlar

Xarici keçidlər Kateqoriya:Rumıniyada doğulanlar Kateqoriya:Rumıniya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Rumıniyanın "Avroviziya" təmsilçiləri