() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Gümüşü akasiya Avstraliyanın cənub-şərq sahillərində, Uels, Viktoriya, Tasmaniya adasında, mədəni halda Hindistan, Şri-Lanka, Cənubi Afrika, Aralıq dənizi sahili ölkələrində yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 25 m-ə, diametri 1 m-ə çatan, tikanlı və tikansız, həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Cavan budaqların qabığı yaşıl və hamardır, aşağıya getdikcə çoxçatlı və boz rəngdədir, üzərində uzununa qeyri-bərabər çatlar olur, bu çatlardan çox zaman qatran ifraz olunur. Yarpaq düzülüşü növbəli və bəzən topa halındadır. Çox zaman xırda yarpaqcıqları fillodilər şəklindədir və ya tikansız saplağı əvəz edir. Yarpaqları cütlələkvari, gümüşü-yaşıl, yaxud gümüşü-bozdur. Yarpaqları iki sıralıdır. Birinci sırada 8–25 cüt, ikinci sırada isə 30–40 cüt yarpaqcıq yerləşir. Çiçəkləri xırda olub, kürəvi başcıqlara, sünbüllərə, süpürgələrə və ya salxımlara toplanır. Çiçək ləçəkləri qızılı-sarı rəngdə olur. Çiçəklər yarpaqların qoltuğunda və ya budaqların uclarında yerləşərək iki və ya müxtəlif cinslidir. Erkəkciklər bəzən 50-dən çoxdur. Meyvəsi yastı və boz rəngdə, uzunsov-yumurtavari, az açılan və ya açılmayan paxladır. Toxumları yastı, xətvari-ellipsşəkilli, yumurtavari, tünd şabalıdı, yaxud qaradır. Fevral ayından başlayaraq aprel ayına qədər çiçəkləyir. Toxumla çoxalır.

Ekologiyası Respublikamızda bu növ bəzən qışı sərt keçən illərdə kök boğazına qədər məhv olur, aprel-may aylarında yenidən bərpa olunur.

Azərbaycanda yayılması Gümüşü akasiya Abşeron, Astara və Lənkəranda becərilir.

İstifadəsi Yaşıllaşdırmada dekorativ bitki kimi tək əkinlərdə istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avstraliya ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Tasmaniya florası Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Viktoriya (ştat) florası