() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür. Aprel-may aylarında çiçəkləyir, çiçəkləmə yarpaqların açılması ilə eyni vaxtda və yaxud gec olur. Avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ, Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti Meşə kənarında və meşələrdə qarışıq halda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Dekorativ bitkidir. Oduncağı xırda məmulatların hazırlanmasında istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Türkiyə florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya ağacları