() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olurAzərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı: Elm, 2004, s.620.

Yaşayış yeri və həyat tərzi Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur. Əksər fərdləri 2 yaşında, tək-tək fərdləri isə 1 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Yayılması Azərbaycanda bir növü (Romanogobio ciscaucasicus) yayılmışdır. Yarımnövləri yoxdur. Azərbaycanın Şimal-Şərq hissəsindən axan çaylarda (Ağçay, Qaraçay, Vəlvələçay, Vələmirçay, Xurayçay, Telçay və s.) yayılmışdır.Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124.

Sayı və limit faktorları Su hövzələrinin çirklənməsi, çay yataqlarının qazılması, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürüləmə yolu ilə olur. Kürülərini hissə-hissə üç dəfəyə tökür. Kürüləməsi iyunun ortalarından başlayır avqustun sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü üç dəfəyə 1.3 minlə 8.8 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 1-2 dəfə olur.

Rasionu Su cücülərinin sürfələri, xironomid sürfələri, su bitkiləri və detritlə qidalanır.

İnsan həyatına təsiri Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir.Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər