16+ filmi rejissor Məzahir Haşımov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film "Milli production"da istehsal edilmişdir. Film ilk məhəbbət haqqındadır. Gənc oğlanın qonşu qadına bəslədiyi məhəbbət hissləri filmin əsasını təşkil edir. Filmdə əsas rolları Təhminə Məmmədova və Zaur Rəşidov ifa edirlər. Film ÜDKİ-də təhsil alan rejissor Məzahir Haşımovun kurs işidir. Film 2013-cü ildə Kemerevo Beynəlxalq qısametrajlı və animasiya filmləri festivalında nümayiş etdirilmişdir.

Məzmun Film ilk məhəbbət haqqındadır. Gənc oğlanın (Zaur Rəşidov) qonşu qadına (Təhminə Məmmədova) bəslədiyi məhəbbət hissləri filmin əsasını təşkil edir.

Film 16 yaşlı gəncin valideynlərinin əsəbi halda onu psixoloqun (Sənubər İsgəndərli) yanına gətirmələri ilə başlayır. Oğlan psixoloqa yaşadığı ilk məhəbbət hekayəsini danışır. Bu, gənc oğlana görə beləydi, lakin münasibət qurduğu qadın heç də belə düşünmür və tezliklə başqasıyla görüşməyə başlayır. Bu xəyanət gənc oğlanı depressiyaya salır. Bir tərəfdə saf sevgi hissləri, qarşı tərəfdə isə yalnız şəhvət var idi...

Film haqqında Film ÜDKİ-də təhsil almış rejissor Məzahir Haşımovun kurs işidir.

Festival Film 2013-cü ildə Kemerevo Beynəlxalq qısametrajlı və animasiya filmləri festivalında nümayiş etdirilmişdir.

Filmin üzərində işləyənlər Ssenarist: Məzahir Haşımov Rejissor: Məzahir Haşımov Operator: Ceyhun Quliyev Rəssam: Rəhim Haşımov

Rollarda Təhminə Məmmədova — qadın Zaur Rəşidov — gənc oğlan Sənubər İsgəndərli — psixoloq Fuad Mehdizadə Səməd Coşqun Viləş — qadının sevgilisi

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri