() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması Böyük Qafqazda (Quba bölgəsində), Qobustanda aşağı dağ qurşağından, orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti Meşə və kolluqlarda rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax