Kovellin — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Xassələri Rəng – tünd-göydən qarayadək, çox vaxt, xüsusilə nəm olduqda, əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozdan qarayadək; Parıltı – tutqun; qatran və yarımmetal parıltısından metal parıltısınadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,60–4,76; Sərtlik – 1,5–2,5; nazik təbəqələri əyilgəndir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – yarımkeçirici xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir hallarda; lövhəcik şəkilli; Mineral aqreqatları: yaxmalar, təbəqələr, toz şəkilli, his-, torpaq- və vərəqvari, bütöv sıx kütlələr, damarcıqlar, püruzlar.

Mənşəyi və yayılması Tipik ekzogen mineraldır. Mis filizi, polimetal, kolçedan yataqlarının törəmə sülfidlərlə zənginləşmə zonaları üçün səciyyəvidir. Həm ilkin (xalkopirit, tetraedrit, tennantit, enargit və b.), həm də törəmə (bornit, xalkozin və b.) mis minerallarının dəyişilməsi zamanı əmələ gəlir. İlkin hidrotermal mineral kimi nadir hallarda bəzi sulfid yataqlarında qeyd edilir. Lavalarda da kovellinin nadir tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: xalkozin, xalkopirit, enargit, idait, bornit və b. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Syerra-de Famatina (Argentina); Mansfeld, Badenveyler (Almaniya); Vezuvi vulkanı, Kalabona (İtaliya); Karpuşin, Beryozov (Rusiya); Kavau ad. (Yeni Zelandiya yaxınlığında) və b. Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Katex, Gədəbəy, Bittibulaq, Daşkəsən, Ağdərə, Paraqaçay yataqlarında, Əsrikçay, İtqırılan, Səfərli filiz təzahürlərində, Tutqun filiz sahəsində və bəzi başqa obyektlərdə qeyd edilir.

Tətbiqi Adətən xalkozinlə birlikdə zəngin mis filizi kimi istifadə edilir.

İstinadlar

Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

THE MINERAL COVELLITE

Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Misin mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Heksaqonal sinqoniya mineralları