Eucotyle nephritica () Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Xarici quruluşu Uzunluğu 2,5 mm, 0.78-0,82 mm eni olan kiçik və uzunsov trematodlardır. Onun baş tərəfi tinləri kütləşmiş, üçbucaq şəklindədir. Kutikula tikanla örtülüdür. Ağız əmziyi 0,24 mm, fariniks isə 0,480 mm diametrə malikdir.Трематоды птиц Причерноморских и Прикаспийских районов. М. 1983 стр. 85-86. Qida borusunun ön hissəsi şişkinlik (bulbus) əmələ gətirir. Bağırsq qolları azca əyilir və helmintin nəhayətindən 0,48 mm məsafədə qurtarır. Toxumluqlar bədənin qabaq yarsında yerləşir, paylıdır və biri digərindən aralı vəziyyətdə durmuşdur. Ölçüləri: 1-ci toxumluq 0,456x0,276 mm, 2-ci toxumluq isə 0,420-0,276 mm-dir. Yumurtalıq paylı olmaqla 0,228x0,228 mm ölçüyə malikdir. Melis cisimciyi oval şəklində və 0,30x0,168 mm ölçüdədir. Sarılıqlar bədənin ön hissəsində olan əzələvi şişkinlik qurtardığı yerdən başlayaraq bədədnin axırıncı 1/3 hissəsinin başlanğıcında qurtarır. Yumurtalar oval şəkildədir, miqdarı çoxdur, ölçüləri: 0,036x0,012 mm-dir. S.M.Vahidova “Azərbaycanda balıqyeyən quşların parazit qurdları” Bakı, 1968, səh. 57-58.
Həyat tərzi Azsaylı-kosmopolit növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Podiceps nigricollis) sidik yollarında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. Ваидова С.М. “Гелминты птиц Азербайджана” , Б. 1978, стр. 96-97.
Yayılması Dünyada 9, Azərbaycanda 2, Qafqazda da 2 növlə təmsil olunmuşdur. Dünyada Almaniya, Ukrayna, Rusiya, Azərbaycanda isə Nohur gölü, Qızılağac qoruğunda yayılmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yastı qurdlar