Hündürlüyü 20–40 sm olan çoxillik bitkidir. Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır.Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

Yarpaq Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır. Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir.

Çiçəkləməsi Ağqanad danaayağı aprel ayında çiçəkləyir.

Meyvə verməsi Ağqanad danaayağı aprel-may aylarında meyvə verir.

Azərbaycanda yayılması Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında.

Yaşayış mühiti Meşə içərsindəki çəmənlikdə, kolluqlarda, qırılmış meşələrdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Ağqanad danaayağının qurumuş köklərindən alınan toz xalq arasında yarasağaldıcı vasitə kimi istifadə olunur.

Həmçinin bax

Danaayağı Xallı danaayağı İtaliya qanaayağı

İstinadlar

Kateqoriya:Bitkilər Kateqoriya:Botanika Kateqoriya:Danaayağı