Axundov Şirəli Baxşəli oğlu () — Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri.

Həyatı Şirəli Axundov 10 mart 1886-cı ildə Lənkəran şəhərinin Girdəni kəndində ziyalı ailədə anadan olub. O orta təhsilini Lənkəran şəhəri 1 saylı tam orta məktəbində, ali təhsilini isə Sankt-Peterburq Dövlət Universitetində almışdır. Daha sonra Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri kimi fəaliyyətə başlamışdır. Axundov həmçinin o dövrün məşhur inqlabçısı kimi tanınırdı. 1960-cı ilin 23 mayında uzunmüddətli xəstəlik səbəbindən Bakı şəhərində vəfat etmişdir. O, Yasamal qəbristanında dəfn olunmuşdur.

Xatirəsi ● Quba və Lənkəran şəhərlərində mərkəzi küçələrdən biri Şirəli Axundovun adını daşıyır.

● Lənkəran şəhərində Şirəli Axundov adına park salınmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Lənkəran Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Quba Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri