Jan Batist Bussenqo () (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən).Bussenqo// Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 119. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir.
Fəaliyyəti Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir.
Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).
Həmçinin bax Aqrokimya
İstinadlar
Xarici keçidlər Jan Batist Bussenqo Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XIX əsr bioloqları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri