Xövsgöl gölü (tıva dili: Көпсугхөл (Köpsuq xöl); monqol dili: Хөвсгөл нуур (Xövsgöl nuur) və ya Хөвсгөл далай (Xövsgöl dalay, yəni "Xövsgöl dənizi"), həmçinin şairanə şəkildə Далай ээж (Dalay eec), yəni "dəniz ana" adlanır); rus dili: Хубсукул (Xubsukul), keçmişdə Косогол (Kosoqol)) — Monqolustanın ikinci böyük gölü (Uvs gölündən sonra).

Ölkənin şimal-qərb hissəsindəki Xövsgöl aymağında (hansı ki gölün şərəfinə belə adlanıb), Sayan dağlarının şərq ətəklərində, Rusiya sərhədindən 11 kilometrlik məsafədə yerləşir. Dəniz səviyyəsindən 1,645 metr yüksəklikdə yerləşir, uzunluğu 136 kilometr, dərinliyi 262 metrdir.

Gölün hazırkı monqolca ("Xövsgöl") və rusca ("Xubsukul") adları gölün əslən (türk dillərindən biri olan) tıva dilindəki Көпсугхөл / Köpsuqxöl (bizim dilimizə uyğun olaraq Köpsugöl) adından gəlirlər. Bu adı tıvaca "köp (çoxlu) suyu olan göl" kimi açıqlanır.

Kateqoriya:Monqolustan gölləri Kateqoriya:Qədim göllər Kateqoriya:Müqəddəs göllər