Çürünrü-vələmir nematodu () Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Xarici quruluşu thumb|left|80px|Vələmir nematodu Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir. Bədənləri cinsiyyətcə yetkin mərhələsi 2–6 mm uzunluğunda olub, 3-4 buğumdan ibarətdir.Atakişiyeva Y.Y., Qasımova Q.Ə. Azərbaycanda bitkilərin parazit nematodları və onlarla mübarizə tədbirləri. Bakı, Elm, 1977, s. 63-64..

Həyat tərzi Geniş yayılan növdür. Parazit növ olub bitki toxumlarının üzərində yaşayır, bəzən də daxilə keçə bilir. Bitki toxumlarının şirəsi və patogen göbələk mitselesi ilə qidalanırlar. Düşmənləri yırtıcı nematodlar, ibtidailər, yırtıcı göbələklər, viruslardır. İkicinslidir, yumurta qoymaqla çoxalır. Növün Fenologiyası, orta ömrün uzunluğu və cinsi yetkinliyə çatma müddəti məlum deyil. Tam çevrilmə ilə inkişaf edir. Fərdi inkişaf forması yumurta-sürfə-yetkin fərd şəklindədir.Reproduktivliyi yumurta qoymaqladır, hər dəfəsində 200 qoymaqla yumurta tökmə müddəti mühitdən asılı olaraq 6-20 gün davam edir. Xromosom göstəriciləri isə məlum deyil. Sayı və limit faktoru-4-5 fərd, bəzən daha çoxdur, inkişafını - yüksək temperetur, quraqlıq ləngidir, nəmlik və mülayim temperatur isə sürətləndirir. Bitki məhsuldarlığını aşağı salır. Mühafizəyə ehtiyac yoxdur.Qasımova Q.Ə., Atakişiyeva Y.Y. Abşeronun tərəvəz bitkilıri sahələrindəki alaq otlarının nematodlarının ekoloji-faunistik analizi. Az. EA Xəbərləri. Biol. elmləri seriyası, №5. Elm, 1976. s. 45 - 51.

Yayılması Dünyada 6 növ, Qafqazda 5, Azərbaycanda 5 növ geniş yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yumru qurdlar