Cənub adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elə də böyük olmayan ada. Adanın ən hündür nöqtəsi 13 metr hündürlüyə malik təpə onun cənubunda yerləşir. Ada 1736-cı ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir. Taymır yarımadasının şərqində yerləşir. Şimal adasından Mod boğazı ilə ayrılır. Üçbucaqlı formaya malikdir. Cənub-qərbində (Ojıdaniya burnu) və cənub-şərqində Yujnı burnu) yarımadalar yerləşir ki, onların arasında isə Nord buxtası vardır. Üzəri bataqlıqla örtülmüşdür. Yaxınlığında Qolaya Kosa adası yerləşir. Bu ada isə uzun qumlu dilə bənzəyir.
Mənbə Russian Polar Explorations
Kateqoriya:Pyotr adaları Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları