Valeriya Kiselyova (; ) — sovet və rus aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (2000).Почётное звание присвоено указом президента России № 1809 от 27 октября 2000 года

Həyatı Valeriya Kiselyova 7 fevral 1951-cı ildə Leninqradda anadan olub. Atası İvan Kiselyov Böyük Vətən müharibəsində iştirak edib, o qələbədən sonra 22 il yaşayıb. Aktrisanın anası müharibə zamanı hələ uşaq idi. Valideynləri müharibədən sonra evləniblər.

Valeriya teatr institutuna daxil olmağı çox istəyirdi. 20 yaşında olarkən Leninqrad Dövlət Teatr Sənəti İnstitutuna qəbul olub.

Ali məktəbi bitirdikdən sonra V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləməyə başlayıb. Burada 8 mövsüm işlədikdən sonra iş yerini dəyişmək qərarına gəlir və N.Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrına keçir.

Valeriya Kiselyovanın kinoda debüt işi 1981-ci ildə çəkilmiş "Axtarışa verilib" filmində olmuşdur. 1986-cı ildə ekranlara Kiselyovanın iştirakı ilə rejissor Vladimir Tumaevin "Oğluna səfər" qısametrajlı filmi çıxıb. Film bir çox beynəlxalq kino festivallarının mükafatçısı olub. Aktrisa 90-cı illərin əvvəllərində iki uşaq filmində çəkilib: "Nağıl ardınca nağıl" və "Deyingən arvad". Kiselyova sonuncu dəfə "Hamiləlik testi" və "Taun" seriallarında rol alıb. Ümumilikdə aktrisanın filmoqrafiyasında 29 rol var.

66 yaşlı Valeriya Kiselyova gözlənilmədən 2015-ci il fevralın 1-nə keçən gecə dünyasını dəyişib. Aktrisa sağlam olub, heç bir xroniki xəstəliyi olmayıb. Onun ölümünə bir neçə gün əvvəl yoluxduğu qrip səbəb olub. Təcili tibbi yardım heç nə edə bilməyib — həkimlər gəldikdə aktrisa artıq keçinmişdi. Aktrisanın gözlənilməz vəfatı qohumları və həmkarları üçün əsl faciə olub.

Ailəsi Birinci əri — Andrey Urqant (doğ. 1956), sovet və rus aktyoru, teleaparıcı, şoumen. Oğlu — İvan Urqant (doğ. 1978), rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biri. Nəvəsi — Nina Urqant (doğ. 2008) Nəvəsi — Valeriya Urqant (doğ. 2015) İkinci əri (1982-ci ildən ölümünə qədər) — Dmitri Ladıqin (doğ. 1956), Leninqradlı aktyor. Qızı — Valentina Ladıqina (doğ. 1983), aktrisa. Qızı — Aleksandra Ladıqina (doğ. 1988), aktrisa.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları Kateqoriya:Qripdən ölənlər Kateqoriya:SSRİ aktrisaları