Məmməd Həsən oğlu Əsgərov () — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist Partiyası Şamxor Rayon və Ağcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub.
Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur.
1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir.
1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.
SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.
Azərbaycan KP MK-nın üzvü(1960–1983)
Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4-dəfə "Lenin" ordeni, 2-dəfə "Qırmızı əmək bayrağı" ordeni,"Oktyabr inqilabı" ordeni ən əsası O,1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Mənbə
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR kənd təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri