Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinfinə bölünürФедоров Е. Е. Климат как совокупность погод. Метеорол. Вестник, 1925, № 7, с. 9–15Чубуков Л. А. Комплексная климатология. М., Изд. АН СССР, 1949, 94 с.. Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir: Günəşli çox isti və çox quru hava (I hava sinfi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir. Günəşli isti və quru hava (II hava sinfi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur. Azbuludlu hava (III hava sinfi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur. Gündüz buludlu hava (IV hava sinfi) — III hava sinfindən az fərqlənməklə bütün il boyu müşahidə edilir. Gecə buludlu hava (V hava sinfi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir. Tutqun (VI hava sinfi) və yağışlı (VII hava sinfi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur. Çox isti və çox rütubətli hava (XVI hava sinfi) — sahilboyu sahil zonasında müşahidə olunur. Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinfi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinfi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur. Zəif şaxtalı (X hava sinfi) və mülayim şaxtalı (XI hava sinfi) havalar — bütün sutka ərzində mənfi temperaturla səciyyənənməklə əsasən qış aylarında müşahidə edilir. Güclü şaxtalı hava (XII hava sinfi) — qışda yüksək ərazilərdə müşahidə edilir. Çox şaxtalı hava (XIII hava sinfi) — nadir hallarda qış aylarında çox yüksək dağlarda ola bilir.
İstinadlar
Kateqoriya:Atmosfer Kateqoriya:Hava