Salman Rüşdi () — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.
Rüşdinin Fandom saytında hesabı var, lakin İstifadə Şərtlərini pozduğuna görə həmişəlik dayandırılıb. Həyatı Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib.
Yaradıcılığı İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir.
1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.
Əsərlərinin siyahısı Qrimus (1975) Gecəyarısı uşaqları (1981) Utanc (1983) Yaquar gülüşü (1987) Şeytan ayələri (1988) Harun və Hekayələr dənizi (1990) Güzgü işi Xəyali vətənlər (1991) Oz sehrbazı (1992) Şərq, Qərb (1994) Qəzəb (2001) Təlxək Şalimar (2005) Florensiyanın sehrbazı (2008) Luka və həyat atəşi (2010) Cozef Anton- Xatirə (2012) İki il səkkiz ay iyirmi səkkiz gecə (2015) Qızılı ev (2017) Kixot (2019) Kurt Vonnequtun "Sallaqxana-beş"i indi bizə nə deyir?
İstinadlar
Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Siyasi mühacirlər Kateqoriya:Kişi feministlər Kateqoriya:Fətvalar Kateqoriya:XX əsrin Britaniya romançıları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Müsəlmanlar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Postkolonial ədəbiyyat Kateqoriya:XXI əsr Britaniya yazıçıları