thumb thumb
“Kütuclular" üsulu – ədədin yaddaşda saxlanma üsulu; bu halda ən qiymətli bayt ədədin birinci baytı olur. Məsələn, onaltılıq A02B ədədi yaddaşda “kütuclular” üsulu ilə A02B şəklində, “sivriuclular” üsulu ilə isə 2BA0 şəklində saxlanılır. Birinci üsuldan Motorola şirkətinin, ikincidən isə Intel şirkətinin mikroprosessorlarında istifadə olunur. Bu termin öz mənşəyini Qulliverin səyahətləri əsərinin müəllifi Conatan Sviftdən alır: imperatorun əmrinə görə yumurtanı yalnız sivri ucundan sındırıb yemək olar. Bu əmrə tabe olmaqdan imtina edən bir qrup adamı “kütuclular” adlandırırdılar.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kateqoriya:İnformatika Kateqoriya:Metaforlar Kateqoriya:İnformasiya daşıyıcıları