Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi.Oqtay Əfəndiyev.s.132.
Həyatı Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur.Floor, Willem M.s.241,282 1570-ci ildən atasının yanında yaşamışdır.İsgəndər bəy Münşi.s.s.259.
1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar.Həsən bəy Rumlu.s.637. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı.Savory 2007, p.69.
İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Heydər mirzənin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.Oqtay Əfəndiyev.s.153.
Beləliklə şahın əmri ilə qardaşı Mustafa mirzə Pirə Məhəmməd xanın, Süleyman mirzə isə dayısı Şamxalın himayəsinə göndərildi. Və hər iki şahzadə şahın fərmanı ilə qətl edildilər.İsgəndər bəy Münşi.s.s.363-364.Həsən bəy Rumlu.s.641.Xacə Əbdi bəy.s.124. Süleyman mirzə 1576-cı il noyabrın 1-nə keçən gecə dayısı Şamxal sultanın əli ilə öldürüldü.Oqtay Əfəndiyev.s.154.
Ədəbiyyat Floor Willem M. (2008). Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. ISBN 978-1933823232. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh. ISBN 978-9952-34-101-0 Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s. ISBN 978-605-030-641-5 İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh. ISBN 978-9952-34-620-6 Savory Roger (2007). Iran under the Safavids. Cambridge University Press. pp. 1–288. ISBN 0521042518. Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s. ISBN 5-8066-0436-5
İstinadlar
Həmçinin bax Səfəvilər
Xarici keçidlər Safavid dynasty's genaeology - Tahmasp I. Retrieved 8 October 2015
Kateqoriya:Səfəvi şahzadələri Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:1554-cü ildə doğulanlar Kateqoriya:1576-cı ildə vəfat edənlər Kateqoriya:Səfəvi bəylərbəyləri