Con Cekson (; ) – ingilis oftalmoloqu və nevropatoloqu; tibb doktoru (1860), London Kral Cəmiyyətinin (1878) və Kral Həkimlər Kollecinin fəxri üzvü.Con Cekson// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 212–213. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı London xəstəxanaları və hospitallarında işləmişdir. 1870-ci ildə epilepsiyanın formalarından birini, bulbar alternasiya edən sindromu təsvir etmiş, hərəki mərkəzlərin lokalizasiyasının insanın böyük beyin yarımkürələri qabığının ön mərkəzi şırımında olduğunu müəyyən etmişdir (1864).
Fəaliyyəti İlk dəfə (1864) mərkəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün oftalmoskopiyanın əhəmiyyətini göstərmiş, böyük beyin yarımkürələri qabığının müvafiq sahələrinin funksional pozulmaları ilə epilepsiya və epilepsiyaya oxşar tutmaların əlaqəsini əsaslandırmış (1875), sensor aqnoziyanı təsvir etmişdir (1866).
Mərkəzi sinir sisteminin təkamülü və dissolyusiyası haqqında Con Ceksonun fikirləri təkamül morfologiyasının inkişafına və sinir sistemi xəstəlikləri zamanı bir sıra klinik simptomların şərh olunmasına təsir göstərmişdir.
Həmçinin bax Epilepsiya
İstinadlar
Xarici keçidlər Bioqrafiyası Con Cekson Con Cekson
Kateqoriya:Oftalmoloqlar Kateqoriya:Nevrologiya Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Britaniya həkimləri Kateqoriya:Ateistlər Kateqoriya:Britaniya fizioloqları Kateqoriya:Nevroloqlar Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr həkimləri