Azər Cırttan (; ) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair.
Həyatı
Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisad Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, Rusiya və Ukraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.
Fəaliyyəti
Musiqi fəaliyyətinə 1997-ci ildə başlamışdır. 2010-cu il Sankt Peterburq şəhərində keçirilən North Jazz Festivalının əsas iştirakçılarındandır. Türkiyə və Rusiyada müxtəlif musiqi qrupları ilə əməkdaşlıqdan sonra 2011-ci ildən etibarən musiqi fəaliyyətini tək davam etməkdədir.
Azər Cırttan, Azərbaycan, Rus, Türk və İngilis dillərində 80-dən çox mahnının müəllifidir. Müxtəlif müasir musiqiçilərlə əməkdaşlıq etmişdir. Onlar arasında Teymur Nadir, Rüstəm Məmmədov, Miri Yusif, Kamil Hajiyev (No- Land Türkiyə), SoyuzApollo vardır. Bir çox Avropa ölkəsində, Türkiyədə, Rusiyada konsertlər vermişdir. 2011-ci ildən etibarən Hollandiyada yaşayır.
Musiqilər
Ana Yağmur Murakami, Pasternak və hamıya oxşamaq istəyən adam Yat quzu balam Balama Oyunlar Niyə uzundur bu yollar Ayın üstündə ayaq izlərimiz Həyata arxaya dönüb baxmıram Qabonlunun hekayəsi Ləpirçi Uzağın bir adı var Divar Analoqu Olmayan
Xarici keçidlər
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Gitaraçılar