SsangYong, Cənubi Koreya avtomobil istehsalçısı və polad sənayesi şirkətidir. Koreya dilində SsangYong indiki zaman, müasir zaman mənasındadır.
1954-cü ildə Cənubi Koreya Guro-gu Seoul’da SsangYong Motor Company şirkətini Hadonghwan Motor Company adıyla quraraq İngiltərədən hissələr halında gələn Jeep modeli avtomobilləri yığmağa başlamışdır.
Tarix
Dong-A Motor (1954–1987) SsangYong əvvəlcə iki ayrı şirkət kimi fəaliyyətə başlayıb: Ha Dong-hwan Motor Workshop (1954-cü ildə yaradılmışdır) və Dongbang Motor Co (1962-ci ildə yaradılmışdır). 1963-cü ilin ortalarında iki şirkət Ha Dong-hwan Motor Co adı altında birləşdi. 1964-cü ildə Ha Dong-hwan Motor Company ABŞ ordusu üçün ciplər, yük maşınları və avtobuslar istehsalına başladı. 1976-cı ildən başlayaraq şirkət müxtəlif xüsusi təyinatlı maşınlar istehsal etdi. 1977-ci ildə adını Dong-A Motor olaraq dəyişdirdikdən və 1984-cü ildə Keohwa-ya nəzarəti ələ keçirdikdən sonra 1986-cı ildə SsangYong Business Group tərəfindən satın alındı.
Modelləri SsangYong Actyon SsangYong Actyon Sports SsangYong Chairman SsangYong Istana SsangYong Korando SsangYong Korando E-Motion SsangYong Kyron SsangYong New Kyron SsangYong Musso SsangYong Musso Sports SsangYong Rexton SsangYong Rodius SsangYong Torres SsangYong Torres EVX SsangYong SY Truck SsangYong Transtar SsangYong Kalista
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Cənubi Koreya avtomobilləri Kateqoriya:Avtomobil markaları