Opasnıe — Şimal Torpağının cənub-qərbində yerləşən, iki adadan ibarət olan adalar qrupu. Sahillərini Şimal Buzlu okeana daxil olan Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə dazildir (Rusiya).
Yerləşməsi Yaxınlığında yerləşən adalar: Bolşevik (42 km şərqdə), Oktyabr İnqilabı (50 km şimalda), Krasnoflotskie adaları (23 km şimal-şərqdə).
Təsviri Arxipelaq iki elə də böyük olmayan iki adadan ibarətdir — Vostoçnıy adası və Zapadnıy adası. Onlar arasında məsafə 1,4 km təşkil edir. Hər iki ada dairəvi formaya malikdir. Diametrləri 200–250 m arasıbda dəyişir. Ən hündür nöqtəsi 14 metrdir (Vostoçnıy adası). Bir hissəsi buzla örtülüdür. Sahillərində dərinlik 39 metrə çatır.
Adalar su altı silsilənin su səthinə çıxdığı ərazidir. Onlar naviqasiya üçün ciddi təhlükə təhlükə törədir. Xəritə Xəritə
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları