Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kateqoriya:Kompüter terminləri Kateqoriya:Slenq Kateqoriya:Kompüter jarqonu Kateqoriya:Peyorativlər