() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Sudanda yayılmışdır.
Botaniki təsviri Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur. Erkəkciklərin üçünün toz kisəsi yaxşı inkişaf edib, mayalanmağa qadirdir, dördü isə həşəratı özünə cəlb edmək üçündür. İyun-sentyabr aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Paxlası enli, oval, hamar, uzunluğu 5,5 sm, eni 2-6 sm, tünd qonur rəngli, çox toxumludur. Toxumun ölçüsü 0,5-0,8 sm-dir. Toxumla çoxaldılır.
Ekologiyası İstisevən bitkidir, +100C temperaturda boyartımı dayanır, aşağı temperaturda məhv olur.
Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsində 1982-cı ildən introduksiya olunmuşdur.
İstifadəsi Abşeronda yaşıllaşdırmada rast gəlinir. Dərman əhəmiyyətli dekorativ bitkidir. Yarpaqlarında, meyvələrində və gövdələrində antraqlikozidlər və onlardan əlavə üzvi turşular vardır. Yarpaqlarını qurudub, işlətmə xəstəliyində dərman kimi istifadə edirlər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Asiya florası