Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972).
Həyatı 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır. Əsərləri bir sıra xarici ölkələr də dərc olunmuşdur. Bir çox beynəlxalq və keçmiş Ümumittifaq elmi məclislərin də məruzələr etmişdir. Naxçıvan Dövlət Universitetinin Naxçıvan Elm mərkəzinin yaradılmasında xidməti var. 1999-cu il iyun ayının 28-də Bakı şəhərində vəfat etmişdir.Tərxan İsmayıloğlu, Gənc nəslə örnək ömür, “Azərbaycan” qəzeti, 6 may, 2000.
İstinadlar
Kateqoriya:Fizika elmləri Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:8 mayda doğulanlar Kateqoriya:28 iyunda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Naxçıvanda doğulanlar