SmartMedia-Toshiba şirkəti tərəfindən MiniCard, CompactFlash və PC Card formatlarına rəqib kimi yaradılmış və 1995-ci ildə bazara buraxılmış ilk fləş-kart yaddaşlarından birinin ticarət markası. Birinci adı Solid State Floppy Disk Card (SSFDC) olub və disketlərin "davamçısı" kimi elan olunub. SmartMedia kartlarının iki versiyası var: 5 V və 3.3 V (versiyalar işçi gərginliyə uyğun olaraq adlandırılıb). Korpusları, demək olar ki, eynidir, yeganə fərq "kəsilmiş" küncün yerindədir. Çəkisi – 2 q, ölçüləri – 45,0×37.0×0.76 mm, tutumu – 2, 4, 8, 16, 32, 64, 128 MB, verilənlərin ötürülmə sürəti – 2 MB/s, enerji təminatı olmadan informasiyanın saxlanma müddəti 10 ildir.

200px|thumb|left|SmartMedia kartı 200px|thumb|none|SmartMedia kartın radioqrafiyası

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,788 s.

Xarici keçidlər https://web.archive.org/web/20050306221106/http://www.ssfdc.or.jp/english/common/kikanshi.htm http://pinouts.ru/Memory/smatrmedia_pinout.shtml

Kateqoriya:İnformasiya daşıyıcıları