Cəlilkəhriz dağı – Babək rayonu ərazisində dağ (hünd. 984,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Nəcəfəlidizə kəndindən 1,8 km cənub-qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuş alçaq və yastı təpəlikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında yerləşir.

İstinadlar

Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı

Kateqoriya:Babək rayonunun dağları