Dindidağ — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Zaqatala rayonu) və Rusiya (Dağıstan Rutul rayonu) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 3192 metr təşkil edir.

Toponimikası Zaqatala rayonunda dağ və dağ aşırımı. Baş Qafqaz silsiləsindən keçir və Dağıstanla sərhəddə yerləşir. Bu aşırımdan Muxaxçayın dərəsindən keçərək Samurçayın yuxarılarına quru yol gedir. Bu əlamətinə görə tədqiqatçılar dağın adını "tinləri olan dağ" kimi izah edirlər. Əslində, oronim din (dincəlmək üçün yer, düşərgə), -di (-li şəkilçisinin variantı) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "dincəlmək üçün yeri olan dağ" deməkdir. Komidə Din, Dinyu, Vojdin coğrafi adları qeydə alınmışdır.

İstinadlar

Mənbə Topoqrafik xəritə K-38-XXIV - 1 : 200 000

Həmçinin bax

Kateqoriya:Dağıstan dağları Kateqoriya:Zaqatala rayonunun dağları