Alçide Amadeo Françesko de Qasperi (; d. 3 aprel 1881 — 19 avqust 1954) — İtaliyanın baş naziri (1945-1953). Həyatı və siyasi fəaliyyəti thumb|Alçide Qasperi ailəsi ilə, 1951-ci il Alçide Qasperi 3 aprel 1881-ci ildə Trento şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Universitetini fəlsəfə və ədəbiyyat üzrə mütəxəssis kimi bitirib. XIX əsrin sonlarından etibarən ictimai və xristian, tələbə və irredentist hərəkatların fəal iştirakçısı olub. 1911-ci ildən Birinci Dünya müharibəsinin sonuna qədər Avstriya reyxstaqının üzvü olub. 1919-cu sonra sonra anası İtaliyaya köçdü və Alçide De Qasperi İtaliya Xalq Partiyasının qurucularından biri — 1921-ci ildən onun lideri və baş katibi, millət vəkili oldu. Əvvəlcə De Qasperinin 1922-ci ildə Benito Mussolini hökumət partiyasında iştirakı dəstəklənir, lakin tezliklə bu rejimin rəqibi olur və 1924-cü ildə onun parçalanması zamanı partiyanın antifaşist qanadının rəhbəri olur. Faşizmə qarşı çıxışdığı üçün o, 16 ay həbs cəzasına məhkum edilmişdir. Lakin, 4 il həbsdə qalan Qasperinin səhhətində müəyyən problemlər yaranır. Həbsdən azad edildikdən sonra iş tapa bilməyən Qasperi 1931-ci ildən Vatikan Apostol Kitabxanasında işləyir. 1943-cü ildə o vaxt qeyri-qanuni sayılan Xalq Partiyası əsasında İtaliyanın Xristian Demokrat Partiyasını yaradan Alçide Qasperi 1944-cü ildən onun birinci katibi olur. 10 dekabr 1945-ci ildən 17 avqust 1953-cü ilə qədər İtaliyanın baş naziri olan Alçide Qasperi 19 avqust 1954-cü ildə Trentoda vəfat etmişdir.
Ədəbiyyat Bigaran, Mariapia. "Alcide De Gasperi: the apprenticeship of a political leader," Modern Italy Nov 2009, Vol. 14 Issue 4, pp 415–30 Carrillo, Elisa. Alcide De Gasperi: The Long Apprenticeship. University of Notre Dame Press, 1965. Cau, Maurizio. "Alcide De Gasperi: a political thinker or a thinking politician?" Modern Italy Nov 2009, Vol. 14 Issue 4, pp 431–45 Duggan, Christopher. Force of Destiny: A History of Italy Since 1796 (2008) ch 27–28 Ginsborg, Paul. A history of contemporary Italy: society and politics, 1943-1988 (Palgrave Macmillan, 2003). Lorenzini, Sara. "The roots of a 'statesman': De Gasperi's foreign policy," Modern Italy Nov 2009, Vol. 14 Issue 4, pp 473–84 Pombeni, Paolo, and Giuliana Nobili Schiera. "Alcide de Gasperi: 1881-1954-a political life in a troubled century," Modern Italy Nov2009, Vol. 14 Issue 4, pp 379–401. White, Steven. "In search of Alcide De Gasperi: innovations in Italian scholarship since 2003." Journal of Modern Italian Studies 15#3 (2010): 462-470. Historiography Wilsford, David, ed. Political leaders of contemporary Western Europe: a biographical dictionary (Greenwood, 1995) pp 77–83.
Xarici keçidlər
Man from the Mountains, biography in Time magazine, 25 May 1953 Alcide De Gasperi and his age: A chronology of the Statesman's life and works, Alcide De Gasperi Foundation Alcide De Gasperi (1881–1954) by Pier Luigi Ballini, Alcide De Gasperi in the history of Europe Alcide De Gasperi Foundation The private papers of Alcide De Gasperi are deposited at the Historical Archives of the European Union in Florence De Gasperi: un politico europeo venuto dal futuro, Centro Studi Malfatti
Kateqoriya:İtaliya baş nazirləri Kateqoriya:Vyana Universitetinin məzunları Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:Avstriya-Macarıstan jurnalistləri