Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə  süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin  şimal-şərq qanadının quruluşunda iştirak edir.

Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları