Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf.

Fəaliyyəti 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. Əsərləri Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş. “Nax. MSSR-in xalq yaşayış məskənləri və yaşayış evləri” (B., 1959) “Azərbaycan SSR Şəki-Zaqatala zonası əhalisinin yaşayış evləri” (B., 1975) Ekspedisiyalar Ekspedisiyalar zamanı topladığı zəngin materiallar əsasında “Məskənlər və yaşayış evləri” mövzusu üzrə tarixi-etnoqrafik atlas hazırlamışdır. Bir sıra ümumittifaq və respublika elmi məclislərində məruzələr etmişdir.

Həmçinin bax Arif Abbasov (etnoqraf) Elmira Abbasova (etnoqraf) Hacı Zeynalabdin Şirvani Məhəmmədhəsən bəy Vəliyev-Baharlı Qiyasəddin Qeybullayev Qəmərşah Cavadov Solmaz Məhərrəmova

İstinadlar

Kateqoriya:Azərbaycan etnoqrafları