Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.

Həmçinin bax: Gədikdağ Alçalıdağ Xarxat dağı Xəzəryurd dağı Əyridağ

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri