İsrafil Xudaverdi oğlu Şükürov () — Azərbaycan müəllimi. Naxçıvan MSSR əməkdar müəllimi (1980). SSRİ xalq müəllimi (1984).
Həyatı İsrafil Şükürov 1924-cü ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Qabaqlı kəndində anadan olmuşdur. 1947-ci ildən Sov.İKP üzvü olmuşdur. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1954-cü ildə isə, APİ-ni bitirmişdir. 1948-1957-ci illərdə Naxçıvan MSSR-in indiki Babək rayonunun Təzəkənd və Şıxmahmud kənd məktəblərində müəllim, Payız və Sust kənd məktəblərində direktor işləmişdir. 1957-ci ildən həmin rayonun Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. I dərəcəli Vətən Müharibəsi, "Şərəf Nişanı" ordenləri və medallarla təltif edilmişdir. 1980-ci ildə Naxçıvan MSSR əməkdar müəllimi, 1984-cü ildə SSRİ xalq müəllimi fəxri adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları