Deniz Dağdelen () — Türkiyəli taekvondoçu. Deniz Dağdelen Türkiyəni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi.

Karyerası Deniz Dağdelen birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Zimbabvenin nümayəndəsi Admire Tşitşiliza üzərində 25:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Avstraliyanın nümayəndəsi Beyli Luis ilə üz-üzə gəldi və rəqibinə 18:8 hesabı ilə qalib gəldi.

1/8 final mərhələsində Dağdelen Misirin nümayəndəsi Moaz Nabil ilə üz-üzə gəldi və rəqibinə 21:9 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə isə rəqibi Cənubi Koreya nümayəndəsi olan Kim Tae-huna 7:27 hesabı ilə məğlub oldu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar