Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt  Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.

Həmçinin bax: Artım dağı Bəysal dağı Biləvətəpə dağı İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları