Veselin Topalov (, ) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi.

1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır.

1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı.

2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu.

2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər. Qalib Topalov 2010-cu ildə Dünya Çempionatının matçına vəsiqə qazandı. Sofiyada keçirilən matçı Vişvanatan Anand qazandı.

Tromsoda keçirilən Olimpiadada birinci lövhədə qızıl medal qazandı. 2015 Grand Chess Tour-a daxil olan Norway Chess, Sinquefield Cup və London Chess Classic turnirlərin ilkində Topalov 9 oyundan 6.5 xal toplayaraq 2946 performansı iləbirinci oldu.

İstinadlar

Xarici keçidlər

Veselin Topalov. Chess-DB.com Veselin Topalov. 365chess.com Veselin Topalov. fide.com Veselin Topalov. chessgames.com

Kateqoriya:Bolqarıstanda doğulanlar Kateqoriya:Bolqarıstan şahmatçıları Kateqoriya:Şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları