Edqar Frank Kodd (; ) – 23 avqust 1923-cü ildə relyasiya tipli verilənlər bazası nəzəriyyəsinin yaradıcısı britaniyalı alim Edqar Frank Kodd (Edgar Frank Codd) anadan olmuşdur. Kodd 1981-ci ildə relyasiya tipli verilənlər bazasının idarəetmə sistemləri nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür.
Ədəbiyyat Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
İstinadlar
Kateqoriya:İngiltərə informatikləri