300px|thumb|right|D-8 quruluş (Çırağan Sarayı, 1996) 300px|thumb|right|D-8 təşkilatının 8-ci quruluş ildönümü tədbiri D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 () — 9 müsəlman dövlətindən ibarət təşkilat. 1997-ci ildə İstanbulda yaradılmış beynəlxalq bir təşkilatdır və inkişaf edən səkkiz ölkənin iqtisadi və siyasi əməkdaşlığını gücləndirməyi məqsəd qoyur. Bu təşkilatın üzv ölkələri Azərbaycan Türkiyə, İndoneziya, İran, Pakistan, Bangladeş, Nigeriya, Misir və Yəməndir.
D-8-in əsas məqsədi üzv ölkələr arasında ticarət əlaqələrini artırmaq, iqtisadi inkişafı təşviq etmək və ortaq problemlərə qarşı kollektiv həll yolları tapmaqdır. Təşkilat həmçinin, dünya iqtisadiyyatında inkişaf edən ölkələrin daha güclü və əhəmiyyətli bir mövqe tutmasına kömək etməyi hədəfləyir. D-8 təşkilatı, üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir. Bu ölkələr arasında iqtisadi əlaqələrin artırılması və inkişaf etməkdə olan ölkələrin dünya bazarlarında daha böyük rol oynaması üçün təşviq edici tədbirlər görülür.
D-8 həmçinin təhsil, mədəniyyət və sosial sahələrdə də əməkdaşlıq qurmağa çalışır, bu da üzv ölkələr arasında daha güclü bir dostluq və müştərək maraqların formalaşmasına kömək edir. Təşkilatın fəaliyyəti, inkişaf edən ölkələrin kollektiv gücünü nümayiş etdirərək qlobal səhnədə daha ədalətli bir iqtisadi düzən qurmağı məqsəd qoyur.
Tarixi D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır.
15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir.
19 dekabr 2024-cü ildən Azərbaycan təşkilata tamhüquqlu doqquzuncu üzv qəbul edilmişdir.
Hədəf və məqsədləri Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri: Münaqişələr əvəzinə sülh Mübahisələr əvəzinə dialoq İstismar əvəzinə kooperasiyalar İkili standartlar əvəzinə hüquq Zülm əvəzinə demokratiya Diskriminasiya əvəzinə hüquqi bərabərlik.
Strukturu İki ildən bir toplanan sammit ən yüksək səlahiyyətlərə malikdir və hər bir üzv dövlətin liderlərindən ibarətdir.
Şura əsas qərar qəbul edən orqan və aidiyyəti məsələlərə baxılması üçün forumdur və hər bir Üzv Dövlətin Xarici İşlər Nazirlərindən ibarətdir.
Komissiya icra hakimiyyətinə malikdir və hər bir Üzv Dövlətin hökuməti tərəfindən təyin olunan Müvəkkillərdən ibarətdir. Komissarlar öz ölkələrində Direktivlərə riayət olunmasını təşviq etmək üçün məsuliyyət daşıyırlar. Nəhayət, hər bir sammit və ya aşağı səviyyəli toplantı zamanı kommunikasiyaları asanlaşdırmaq və nəzarət funksiyalarını yerinə yetirmək üçün D-8 üzvləri tərəfindən icraçı direktor təyin edilir.
Sammitləri Tarix Ev sahibi Ev sahibi rəhbər Keçirildiyi məkan 1 15 iyun 1997 Nəcməddin Ərbakan İstanbul 2 1–2 mart 1999 Şeyx Həsinə Daka 3 25 fevral 2001 Hüsnü Mübarək Qahirə 4 18 fevral 2004 Məhəmməd Xatəmi Tehran 5 13 may 2006 Susilo Bembenq Yudhoyono Bali 6 8 iyul 2008 Abdullah Əhməd Bədəvi Kuala-Lumpur 7 8 iyul 2010 Qudlak Conazan Abuca 8 21 noyabr 2012 Asif Əli Zərdari İslamabad 9 Oktyabr 2017 Rəcəb Tayyip Ərdoğan İstanbul 10 Aprel 2021 Şeyx Həsinə Virtual 11 18–20 dekabr 2024 Əbdülfəttah Əs-Sisi Qahirə122026–2027
Baş katibləri Ayhan Kamel 1997–2006 </tr> Dipo Alam 2007–2010 </tr> Vidi Aqoes Pratikto 2010–2012 </tr> Seyid Əli Məhəmməd Musəvi 2013-h.h</tr>
İştirakçı ölkələr Ölkə Əhali (2024) Nominal ÜDM (milyon ABŞ dolları) 2024 Adambaşına düşən nominal ÜDM ($) 2024 PPP ÜDM (milyon ABŞ dolları) 2024 Adambaşına düşən ÜDM ($) 2024 Gözlənilən ömür uzunluğu (illər, orta 2021) İİİ (2021) 10,353,29678,749 7,641199,19519,32872.90.760 (orta) 173,562,364451,468 2,6251,690,0009,84074.30.661 (orta) 116,538,258380,0443,5422,230,00020,79971.80.731 (yüksək) 283,487,9311,402,590 4,9814,661,54216,54271.30.705 (yüksək) 91,567,738434,243 5,0131,700,00019,60777.30.774 (yüksək) 35,557,673439,74813,1421,370,94241,02274.70.803 (çox yüksək) 232,679,478372,9701,6371,490,0006,54362.60.535 (aşağı) 251,269,164374,5951,5881,580,0006,715680.544 (orta) 87,473,8051,344,31815,6663,460,00040,28378.60.838 (çox yüksək) Təxminən 142,498,856586,5256,2042,042,40920,07572.00.705 (yüksək) Birləşdirilmiş 1,282,489,7075,278,725N/A18,381,679N/AN/AN/A
İstinadlar
Həmçinin bax
İslam Əməkdaşlıq Təşkilatı Müsəlman dünyası
Xarici keçidlər Rəsmi saytı Facebookda D8 Twitterdə D8 Youtubeda D8 D8 jurnalının 2014 buraxılışı D8 türkcə rəsmi bloqu
İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə nitqi Pakistanlı ekspert: Azərbaycanın D-8 təşkilatına qoşulması müsbət addım olacaq Deputat: D-8 Zirvə görüşü Azərbaycanın potensialını və qarşılaşdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı platforma oldu
Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq hökumətlərarası təşkilatlar Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:İranda siyasət