Şirzadov Məmməd Firudin oğlu— (d.23 may 1946, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) - rəssam-boyakar.

Fəaliyyəti 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1990-cı ildə Saratov Dövlət Unversitetini bitirmişdir. 1995-ci ildən Türkiyədə yaşayır, Afyon Universitetinin incəsənət fakültəsində çalışır.

Sərgiləri Naxçıvanda, Bakıda, Tiflisdə, Moskvada, Almaniyada, Finlandiyada, Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon şəhərlərində fərdi yaradıcılıq sərgiləri açılmışdır. Məmməd Şirzadın yaradıcılığında portret, peyzaj janrları xüsusi yer tutur. Rəssamın qədim Naxçıvan torpağı ilə bağlı silsilə tabloları var. Türkiyə etüdləri də xüsusi diqqət çəkir.

Həmçinin bax Nadir Əbdürrəhmanov Namiq Məmmədov (rəssam) Nəcəfqulu İsmayılov Nəvai Məmmədoğlu

İstinadlar

Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı rəssamlar