Kinooperator Xan Babayev filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli kinooperator, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin 95 illik yubileyinə həsr olunur.Kazımzadə, A. Belə bir kinooperator var idi – Xan: [Dövlət Film Fondunda Xan Babayevin 95 illik yubileyi ilə əlaqədar gecə keçirildi] //Kaspi.- 2014.- 26-28 aprel.- S. 20.
Məzmun Film sovet kinooperatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin həyatından bəhs edir.
Xan Babayev "Qırmızı Bayraq", "Qırmızı Ulduz", "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.
Film haqqında Filmdə "Neft kəşfiyyatçıları" sənədli filminin, "Doğma xalqıma", "Qara daşlar", "Ögey ana", "Böyük dayaq", "Yenilməz batalyon" bədii filmlərinin kadrlarından istifadə olunur.
Filmin üzərində işləyənlər Rejissor: Elvin Vəlimətov Ssenarist: Sevda Ağazadə Operator: Zaur Haşımov
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Xan Babayev haqqında filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri