Vaqif Məmmədvəli oğlu Qarayev (; ) — Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri. O, bu posta ölkə prezidenti Vladimir Putinin 2014-cü il 29 dekabr tarixli fərmanı ilə təyin olunub.
Həyatı Vaqif Qarayev 1955-ci ilin 24 yanvar tarixində Azərbaycanın Mingəçevir şəhərində anadan olub. Ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. 1997-ci ildə Rusiya Diplomatik Akademiyasının ali kursunu bitirdikdən sonra diplomatik fəaliyyətə başlayıb. Azərbaycan, ərəb, erməni, fransız və türk dillərində sərbəst danışır. 1978-ci ildən etibarən diplomatik xidmətdədir.
Xidmət yerləri 1994–1999 — Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi. 1999–2003 — Rusiya Federasiyasının Hələb şəhərində baş konsulu. 2004–2007 — Rusiya Xarici İşlər Nazirliyində Yaxın Şərq və Şimali Afrika üzrə baş müşavir. 2007–2011 — Rusiya Federasiyasının Ərbil (İraq) şəhərində baş konsulu. 2011–2014 — Rusiya Federasiyasının Bəsrə (İraq) şəhərində baş konsulu. 29 dekabr, 2014-dən — Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri
Diplomatik rütbə Fövqəladə və səlahiyyətli səfiri Klass 2 (2002 15 yanvar).
İstinadlar
Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiyanın Bəhreyndəki səfirləri Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Mingəçevir şəxsləri