Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. 

W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili.

İstifadə olunan dillər 2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər.

Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir. 

Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır.

Vebsaytlarda istifadə olunan dillər 10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir: SıraDilFaiz1İngilis dili51.6%2Rus dili6.6%3Yapon dili5.6%4Alman dili5.6%5İspan dili5.1%6Fransız dili4.1%7Portuqal dili2.6%8İtalyan dili2.3%9Çin dili2.0%10Polyak dili1.7%11Türk dili1.6%12Fars dili1.5%13Holland dili1.4%14Koreya dili0.9%15Çex dili0.9%16Ərəb dili0.8%17Vyetnam dili0.6%18İndoneziya dili0.5%19Yunan dili0.5%20İsveç dili0.5%21Roman dili0.5%22Macar dili0.4%23Danimarka dili0.3%24Tay dili0.3%25Slovak dili0.3%26Fin dili0.3%27Bolqar dili0.2%28İvrit dili0.2%29Litva dili0.1%30Norveç dili0.1% 31Ukrayn dili0.1%32Xorvat dili0.1%33Bukmol dili0.1%34Serb dili0.1%35Katalan dili0.1%36Sloven dili0.1%37Latış dili0.1%38 39Eston dili0.1% 0.1% Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur. 

İnternet istifadəçiləri dillərinə görə 2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir:"Number of Internet Users by Language" , Internet World Stats, Miniwatts Marketing Group, 30 June 2016, accessed 15 November 2016 Sıra Dilİnternet istifadəçilərinin sayı    Faiz      1İngilis dili 948,608,782 26.3% 2Çin dili 751,985,224 20.8% 3İspan dili 277,125,947   7.7% 4Ərəb dili 168,426,690   4.7% 5Portuqal dili 154,525,606   4.3% 6Yapon dili 115,111,595   3.2% 7Malay dili 109,400,982   3.0% 8Rus dili 103,147,691   2.9% 9Fransız dili 102,171,481   2.8% 10Alman dili 83,825,134   2.3% 11–36 Digərləri 797,046,681  22.1%Cəmi 3.61 Milyard 100%

İstinadlar

Xarici keçidlər Internet World Users by Language, Internet World Stats. "Estimation of English and non-English Language Use on the WWW", Gregory Grefenstette and Julien Nioche, in Proceedings of RIAO'2000, Content-Based Multimedia Information Access, Paris, 12–14 April 2000, pp. 237–246. World GDP by Language 1975–2002, Mark Davis, Unicode Technical Note #13 (2003). "Writing the Web’s Future in Many Languages", Daniel Sorid, New York Times, 30 December 2008. Statistical Survey Report on Internet Usage in China, China Internet Network Information Center (2009), English translation. List of CNNIC statistical reports, China Internet Network Information Center (1997-2010). Measuring Linguistic Diversity on the Internet, UNESCO (2006). Twelve years of measuring linguistic diversity in the Internet, UNESCO (2009). Language Observatory, Japan Science and Technology Agency (2012). Observatory of linguistic and cultural diversity on the Internet, Networks and Development Foundation, FUNRDES (July 2012).

Kateqoriya:İnternet mədəniyyəti Kateqoriya:Dillər Kateqoriya:İnternet slenqi