Muraddərə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1092,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Gilançay kəndindən 300 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının nüvə hissəsində yerləşir.
Həmçinin bax Abdal (dağ) Cuğağıl dağı Bəzəkli dağı Bağırsaq dağı
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları